...

Moldovada Rusiya imperiyasının bayrağı ekstremist simvol elan olundu

Dünya xəbərləri Materials 5 Aprel 2024 20:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kişinyov rayon məhkəməsi Rusiya imperiyasında istifadə edilən qara-sarı-ağ bayrağı ekstremis simvol elan edib.

Trend xəbər verir ki, müvafiq qərar məhkəmənin rəsmi saytında dərc olunub.

Qətnamədə qara, sarı və ağ rəngli üç üfüqi xətti olan bayrağın ekstremist xarakter daşıdığı bildirilir.

Moldova hakimiyyəti hələlik bu qərarı şərh etməyib.

Qeyd edək ki, 2022-ci ildə respublika parlamenti ölkədə Georgi lentinin nümayişi və paylanmasına görə cərimələr tətbiq edib.

Xəbər lenti

Xəbər lenti