...

ABŞ və Çin münasibətləri daha sabit zəminə salıblar - Nazir

Dünya xəbərləri Materials 7 Aprel 2024 08:22 (UTC +04:00)
ABŞ və Çin münasibətləri daha sabit zəminə salıblar - Nazir

Bakı. Trend:

ABŞ və Çin son bir ildə ikitərəfli münasibətlərini daha sabit bir zəminə salıblar.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen Pekində Çinin Baş naziri Li Tsyanla görüşündən əvvəl deyib.

"Baxmayaraq ki, bizim hələ çox işimiz var, mən inanıram ki, son bir il ərzində biz ikitərəfli münasibətlərimizi daha sabit əsasa qoymuşuq. Bu, fikir ayrılıqlarımıza məhəl qoymamaq və ya çətin söhbətlərdən qaçmaq demək deyil. Bu, yalnız bir-birimizlə birbaşa və açıq ünsiyyət olduğu halda, irəliləyiş əldə edə biləcəyimizi başa düşmək deməkdir", - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, ABŞ və Çin dünyanın dünyada iki ən böyük iqtisadiyyatına malik ölkələr olaraq mürəkkəb münasibətlərinə məsuliyyətlə yanaşmaq, əməkdaşlıq etmək və bütün dünya qarşısında qlobal problemlərin həllində liderlik nümayiş etdirmək öhdəliyi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti