...

İsrail İordan çayının Qərb sahilində reydlər keçirir - KİV

Dünya xəbərləri Materials 11 Aprel 2024 10:42 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İsrail hərbçiləri İordan çayının qərb sahilində iki şəhərdə reyd keçirirlər.

Trend xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

Bildirilib ki, İsrail təhlükəsizlik qüvvələri bu gün səhər Beyt-Ummar və İdnu şəhərlərinə daxil olub.

Qeyd edək ki, ötən gün İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti Xevron və Tulkarm şəhərlərində reydlər keçirildiyi barədə məlumat yayıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti