Bakı. Trend:
Türkiyənin Burdur vilayətində ağır yol qəzası olub.
Trend xəbər verir ki, Burdur-Fethiye magistralında baş verən qəzada yük maşını ilə minik avtomobili toqquşub.
Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.
Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.