...

NATO Gürcüstan parlamentində "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin qəbulundan narahatdır

Dünya xəbərləri Materials 19 Aprel 2024 16:04 (UTC +04:00)
NATO Gürcüstan parlamentində "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin qəbulundan narahatdır
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

NATO Gürcüstan parlamentində "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin qəbulundan narahat olub.

Trend xəbər verir ki, bu barədə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina "X" platformasındakı hesabında yazıb.

"NATO-ya üzvlük üçün namizəd olaraq, Gürcüstan üçün əsas məsələ media azadlığını və vətəndaş cəmiyyətinin iştirakını təmin etmək məqsədilə düzgün çərçivəyə malik olmaqdır", - o yazıb.

NATO nümayəndəsi sözügedən qanun layihəsinin geriyə doğru bir addım olduğunu və Gürcüstanın Avro-Atlantik inteqrasiyasını irəli aparmayacağını əlavə edib.

Xatırladaq ki, aprelin 17-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini ilk oxunuşda qəbul edib.

Məlumata görə, 83 deputat qanun layihəsinin lehinə səs verib, müxalifət fraksiyasından olan deputatlar iclas zalını tərk ediblər.

Qanun xaricdən maliyyələşdirilən QHT və KİV-in xüsusi reyestrdə qeydiyyatdan keçməsini və hər il bəyannamə doldurmasını tələb edir.

Qeyd edək ki, "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin qüvvəyə minməsi üçün Gürcüstan parlamentinin deputatları onu hələ iki oxunuşda da qəbul etməlidir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti