Bakı. Trend:
Nigerin qərbində azı 7 əsgər silahlıların hücumunun qurbanı olub.
Trend-in məlumatına görə, hücum Burkina-Faso ilə sərhəd yaxınlığındakı Tillaberi bölgəsində baş verib. Hərbçilər də öz növbəsində onlarla silahlını zərərsizləşdirə biliblər.
Niger Müdafiə Nazirliyinin rəhbəri Salifu Modi açıqlamasında terror təhlükəsi ilə mübarizəni davam etdirəcəyinə söz verib.