...

Helikopter qəzasında həlak olan Təbrizin cümə imamı dəfn olunub

Dünya xəbərləri Materials 23 May 2024 14:30 (UTC +04:00)
Helikopter qəzasında həlak olan Təbrizin cümə imamı dəfn olunub
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran prezidenti İbrahim Rəisi ilə birlikdə helikopter qəzasında həlak olan Təbrizin cümə imamı Məhəmməd Əli Ali Haşim dəfn olunub.

Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.

Təbrizin cümə imamı Məhəmməd Əli Ali Haşim Təbrizin “Vadi-Rəhmət” məzarlığında dəfn edilib.

Dəfn mərasiminə vilayət rəsmiləri və əhali qatılıb.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti