Bakı. Trend:
Ermənistan 2027-ci ildə MDB Oyunlarına ev sahibliyi etməyə hazır deyil.
Trend xəbər verir ki, bu barədə Ermənistanın elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan Gümridə MDB-yə üzv ölkələrin Bədən tərbiyəsi və idman Şurasının forumunda deyib.
Giloyan bildirib ki, həmin müddətdə Ermənistanda digər idman tədbirləri planlaşdırılıb.
Qeyd edək ki, 2025-ci ildə keçiriləcək III MDB Oyunlarına Azərbaycan ev sahibliyi edəcək. Bu barədə qərar MDB-yə üzv ölkələrin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Saziş iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının onlayn formatda baş tutmuş növbədənkənar iclasında qəbul olunub.
Həmçinin qeyd edək ki, Gəncə şəhəri 2025-ci il üçün "MDB-nin İdman Paytaxtı" seçilib.