Bakı. Trend:
ABŞ Müdafiə Nazirliyi "Boeing" şirkəti ilə 7,5 milyard dollarlıq müqavilə imzalayıb.
Trend xəbər verir ki, bu barədə məlumat nazirliyin saytında dərc olunub.
Məlumata görə, Pentaqon aviabombalar üçün "JDAM" komplektləri sifariş edib
Qeyd olunub ki, "JDAM" dəstləri sərbəst düşən bombaları onlarla kilometr məsafədən hədəfləri planlaşdıra bilən, yüksək dəqiqliyə malik sursatlara çevirir.
Dəstlərin lazer idarəetmə sistemi ilə təchiz olunacağı bildirilir.