Bakı. Trend:
Ermənistanda arxiyepiskop Baqrat Qalstanyan "Vətən naminə Tavuş" müxalifət hərəkatı tərəfindən ölkənin baş naziri postuna namizəd kimi irəli sürülüb.
Trend xəbər verir ki, müvafiq qərar bazar günü İrəvanda keçirilən mitinq zamanı bəyan edilib.
Qeyd edək ki, artıq keşiş öz dini fəaliyyətini dondurmaq və siyasətə qatılmaq üçün ermənilərin katalikosu II Qaregindən icazə alıb.