Bakı. Trend:
Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Tsyan Yaponiyanın Baş naziri Fumio Kişida ilə görüşdə ölkələr arasında münasibətləri konsensus əsasında inkişaf etdirməyə hazır olduğunu bəyan edib.
Trend-in məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyi xəbər verib.
Məlumata əsasən, həmin konsensus Yaponiya Nazirlər Kabinetinin rəhbərinin Çin lideri Si Tszinpinlə ötən ilin noyabrında San-Fransiskoda görüşündə əldə olunub.
Çinin Baş naziri deyib ki, tarixi problemlər və Tayvan məsələsi “Çin-Yaponiya münasibətlərinin siyasi əsasları ilə bağlı əsas fundamental məsələlərdir”:
"Tayvan məsələsi Çinin əsas maraqlarının mərkəzində dayanır və qırmızı xəttdir. Ümid edirəm ki, Yaponiya öz vədlərini yerinə yetirəcək və iki ölkə arasında münasibətlərin davamlı inkişafı üçün müsbət atmosfer yaradacaq".