Bakı. Trend:
Gürcüstan hakimiyyətinin Avropa İttifaqına (Aİ) daxil olma arzusunun qarşısını kəsməsi inanılmaz ağrıvericidir.
Trend xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Gürcüstan hökumətinin"Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi ilə bağlı qərarına münasibət bildirərkən deyib.
"Bu, Gürcüstanın Aİ-yə daxil olmaq arzusunun qarşısını kəsəcək", - o deyib.
Xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini yekun, üçüncü oxunuşda qəbul edib. Qanun layihəsi xarici maliyyələşdirilməsi 20 faizi ötən QHT və KİV-in xüsusi reyestrdə qeydiyyatdan keçməsini və hər il bəyannamə doldurmasını tələb edir.
Gürcüstan prezidenti Salome Zurabişvili mayın 18-də qanun layihəsinə veto qoymuşdu.
Gürcüstan parlamentinin Hüquqi Məsələlər Komitəsi mayn 27-də keçirilən iclasda ölkə prezident Salome Zurabişvilinin "Xarici təsirin şəffaflığı haqqında" haqda qanun layihəsinə vetosunu ləğv edib.