...

Qalibaf yenidən İran parlamentinin sədri seçilib

Dünya xəbərləri Materials 28 May 2024 09:56 (UTC +04:00)
Qalibaf yenidən İran parlamentinin sədri seçilib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün (28 may) İran parlamentində baş tutan seçkilərdə Məhəmməd Baqir Qalibaf yenidən sədr seçilib.

Trend-in məlumatına görə, seçkilərdə 287 deputatdan 198 nəfər Məhəmməd Baqir Qalibafa, 60 nəfər Moctaba Zunnuriyə, 5 nəfər Mənuçehr Mottəkiyə səs verib. 24 nəfərin səsi ləğv edilmiş hesab edilib.

Beləliklə, fevral ayında keçirilən parlament seçkilərindən sonra Məhəmməd Baqir Qalibaf daha 1 il müddətinə İran parlamentinə sədrlik edəcək.

Qeyd edәk ki, 21 fevralda İranda sayca 11-ci parlament seçkiləri keçirilib. İranda keçirilәn parlament seçkilərində 290 yer uğrunda 7,1 mindən çox namizəd mübarizə aparıb.

Xəbər lenti

Xəbər lenti