...

Niger uran və neft yataqlarını qorumaq üçün ordusunu 100 minə çatdıracaq

Dünya xəbərləri Materials 17 İyun 2024 05:12 (UTC +04:00)

Bakı. Trend:

Niger hakimiyyəti uran və neft yataqlarını qorumaq üçün silahlı qüvvələrin sayını 100 min nəfərə çatdırmaq niyyətindədir.

Trend xəbər verir ki, bu barədə “Ecofin” agentliyi məlumat yayıb.

Ordunun sayının 2030-cu ilə qədər artırılması planlaşdırılır.

Agentlik qeyd edir ki, buna səbəb bir neçə onilliklər ərzində mədən əməliyyatlarını təhdid edən terrorçuların aktiv hücumları ilə izah olunur. Niger neftinin ixrac olunduğu Niger-Benin neft kəməri də daxil olmaqla, digər strateji əhəmiyyətli obyektlər də mühafizəyə məruz qalır.

Xəbər lenti

Xəbər lenti