...

Fransada partiya sədrinə istintaq işi açılıb: dövlət vəsaitini mənimsəməkdə ittiham olunur

Dünya xəbərləri Materials 17 İyun 2024 17:17 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransada 2022-ci il parlament seçkiləri zamanı seçki kampaniyası dövründə dövlət vəsaitini mənimsənilməsi ilə əlaqədar Respublikaçılar partiyasının sədri Erik Siottiyə qarşı Nitsada istintaq işi açılıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu, Respublikaçılar partiyasının sədrinə qarşı 2022-ci ildən bəri açılan artıq üçüncü istintaq işidir. İstintaq Antikorrupsiya Assosiasiyasının hesabatından sonra mayın 31-da açılıb.

Dövlət vəsaitinin mənimsənilməsinə dair məlumat 2022-ci ildə Alp-Maritim seçki dairəsindən olan Antikorrupsiya Assosiasiyasının referenti tərəfindən verilib. Sənaye və ticarət palatasına Nitsa limanında verilmiş pulsuz parkinq kartlarından sui-istifadə edildiyi bildirilir. Assosiasiyanın hesabatında qeyd edilir ki, partiya sədri E. Siottinin qohumları və yaxınları ən azı 8 belə kartdan yararlanıb.

Xatırladaq ki, 2022-ci ilin noyabrında Milli Maliyyə Prokurorluğu Siottinin keçmiş həyat yoldaşı Karolin Manyenin icra etdiyi işlərlə bağlı dövlət vəsaitinin mənimsənilməsinə dair istintaqa başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti