...

İsveç ABŞ ilə müdafiə sazişini təsdiqləyib

Dünya xəbərləri Materials 19 İyun 2024 07:19 (UTC +04:00)

Bakı. Trend:

İsveç parlamenti ABŞ ilə 2023-cü ildə imzalanan müdafiə sazişini təsdiqləyib.

Trend xəbər verir ki, 349 deputatdan 266-sı qanun layihəsinin lehinə səs verib.

2023-cü ilin dekabrında imzalanan saziş ABŞ silahlı qüvvələrinin İsveçin 17 hərbi bazasına girişinə, həmçinin ölkə ərazisində silah və sursat saxlamasına imkan verir.

Qanunun əleyhdarları isə bu razılaşmanın İsveç ərazisində nüvə silahı saxlanmasına yol açacağını iddia edirlər. Bir neçə deputat müzakirə zamanı ölkə ərazisində nüvə silahı saxlanmasının qadağan olunmasını təklif edib.

Xəbər lenti

Xəbər lenti