...

Zaxarovadan ABŞ-də Rusiyanın viza mərkəzinin bağlanmasına REAKSİYA

Dünya xəbərləri Materials 22 İyun 2024 12:11 (UTC +04:00)
Zaxarovadan ABŞ-də Rusiyanın viza mərkəzinin bağlanmasına REAKSİYA
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Rusiya viza mərkəzlərini bağlamaq və diplomatları vergi imtiyazlarından məhrum etmək qərarına gələrsə, Rusiya adekvat cavab verəcək.

Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"ABŞ belə tədbirlər həyata keçirərsə, Rusiya tərəfi adekvat cavab verəcək", - Zaxarova qeyd edib.

Qeyd edək ki, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ-nin Vaşinqton və Nyu-Yorkda filialları olan Rusiya viza mərkəzini bağlamaq qərarına gəldiyini bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti