...

İsrail ordusu Qəzza zolağında onlarla hədəfə zərbələr endirib

Dünya xəbərləri Materials 23 İyun 2024 11:08 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında onlarla silahlı hədəfə zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun (ÇAXAL) mətbuat xidməti bildirib.

Məlumata görə, ordu cənubdakı Rəfah bölgəsində, eləcə də Fələstin anklavının mərkəzi hissəsində əməliyyatları davam etdirir və döyüşlər aparır.

"Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında onlarla terrorçu hədəfə, o cümlədən hərbi obyektlərə, yaraqlılara və onların infrastrukturuna zərbələr endirib", - deyə bildirilib.

İsrail ordusunun son 24 saat ərzində tunellər və yeraltı terror infrastrukturunun aşkar edildiyi Rəfah bölgəsində məqsədyönlü əməliyyatları davam etdirdiyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti