Bakı. Trend:
Milli Qurultay zamanı Respublikaçılar Partiyası noyabrın 5-nə təyin edilmiş ABŞ prezident seçkilərində Donald Trampı prezidentliyə namizəd kimi rəsmi olaraq irəli sürüb.
Trend-in məlumatına görə, ABŞ-nin keçmiş prezidenti Respublikaçılar Partiyasının prezidentliyə namizədi olmaq üçün kifayət qədər səs toplayıb.
Bundan əvvəl D.Tramp ABŞ-ın vitse-prezidentliyinə namizəd kimi Ohayo ştatından respublikaçı senator Ceyms Devid Vensi seçdiyini açıqlamışdı.