...

Parisdə Olimpiada üçün hərbi düşərgə ayrılıb

Dünya xəbərləri Materials 17 İyul 2024 17:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Parisdə Yay Olimpiya Oyunları zamanı təhlükəsizliyin təmin edilməsi minlərlə fransız əsgərinə həvalə olunub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, onlar Melburnda Olimpiya çempionu olan məşhur fransız marafonçusunun adını daşıyan yeni tikilmiş “Kapral Alen Mimun” hərbi düşərgəsində yerləşdiriləcəklər.

Düşərgə Vyana meşəsinin yaxınlığında, Olimpiya obyektlərindən 30 dəqiqədən az məsafədə yerləşir. Məsafə qısa olduğuna görə hərbçilər istənilən vaxt Paris və şəhərətrafı ərazilərdə əməliyyata başlaya biləcəklər. Burada təxminən 4500 əsgər yerləşdirmək mümkün olacaq. Onlar üçün dayaqlar üzərində evlər inşa edilib. Evlərin hər biri 15 nəfər üçün nəzərdə tutulub.

Yaxın həftələrdə Parisdə və digər şəhərlərdə Olimpiya obyektlərini 15 milyon insanın ziyarət edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti