...

İstanbul hava limanı Avropanın ən işlək aeroportu seçilib

Dünya xəbərləri Materials 25 İyul 2024 20:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq hava nəqliyyatı statistikasına əsasən, İstanbul hava limanı gündə orta hesabla 1485 uçuşla Avropanın ən işlək, dünyanın isə 7-ci aeroportu seçilib.

Trend xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlayıb.

“İyulun 24-də açıqlanan hesabata daxil edilən beynəlxalq 25 hava limanı arasında İstanbul aeroportu 15-21 iyul tarixləri arasında gündəlik orta hesabla 745 təyyarənin havaya qalxması ilə dünyada 7-ci yerdədir. İstanbul aeroportu dünya reytinqində Avropanı birinci yerdə təmsil edir”, - deyə Uraloğlu bildirib.

Nazir Türkiyənin Avropanın ən işlək aeroportlarına sahib ölkələr arasında gündə orta hesabla 3 min 959 uçuşla 6-cı yerdə qərarlaşdığını, hər uçuşun 0,5 dəqiqədən az gecikmə ilə isə ən səmərəli hava məkanları arasında yer aldığını deyib.

Xəbər lenti

Xəbər lenti