...

Aİ Şurası bu ölkədən olan 28 şəxsə qarşı sanksiya tətbiq edib

Dünya xəbərləri Materials 5 Avqust 2024 13:55 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Şurası Belarusdan olan 28 şəxsə qarşı sanksiya tətbiq edib.

Trend xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, sanksiyalar Belarusda davam edən daxili repressiyalar və insan hüquqlarının pozulmasında iştirakla əlaqəlidir.

Sanksiyalara o cümlədən, Belarus Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin (HUBAZiK) iki rəis müavini, 2020-ci ildə ölkədə keçirilən prezident seçkilərinə etiraz edən və ya Lukaşenko administrasiyasına qarşı fikirlər səsləndirən vətəndaşlara qarşı siyasi motivli hökmlər çıxaran prokurorlar və çoxsaylı hakimlər məruz qalıb.

Bundan başqa, müxtəlif islah müəssisələrinin (həbsxanalar və istintaq təcridxanası) rəhbərlərinə, bir sıra KİV rəhbərlərinə qarşı da sanksiyalar tətbiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti