...

ABŞ Nigerdəki son bazasından qoşunlarını çıxarıb

Dünya xəbərləri Materials 5 Avqust 2024 21:42 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ ordusu Nigerdəki son bazasına nəzarəti yerli qüvvələrə təhvil verərək, qoşunların bu Afrika ölkəsindən çıxarılmasını faktiki olaraq başa çatdırıb.

Trend-in məlumatına görə, bu barədə "The New York Times" qəzeti xəbər verib.

Qeyd olunub ki, ilkin planlara görə, ABŞ-ın Nigerdən tam çıxarılması sentyabrın 15-dək başa çatmalı idi. Bununla belə, avqustun 5-də ABŞ hərbçiləri Nigerin şimalındakı Aqadez şəhərindəki 201 aviabazasını tərk edərək, silahları və “həssas texnologiyanı” da çıxarıblar.

Bildirilib ki, az sayda hərbi qulluqçu inzibati məsələləri həll etmək üçün bir müddət ABŞ-ın Nigerdəki səfirliyində qalacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti