...

Suriyadakı ABŞ-ın hərbi bazasına hücum edilib

Dünya xəbərləri Materials 14 Avqust 2024 04:17 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Suriyanın Deyr-əz-Zor əyalətində, Koniko qaz yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazasına hücum edilib, lakin mərmilər obyektin özünə dəyməyib.

Trend xəbər verir ki, bu məlumatı “Reuters” agentliyinə iki amerikalı məmur təsdiqləyib.

İlkin məlumatlara görə, hücum nəticəsində heç bir itki yoxdur.

Xatırladaq ki, daha əvvəl “Reuters”in təhlükəsizlik mənbəsi Deyr-əz-Zor əyalətindəki ABŞ hərbi bazası yaxınlığında altı mərminin atıldığını və onların hamısının obyektin bilavasitə yaxınlığına düşdüyünü bildirmişdi. Hücuma cavab olaraq ABŞ-nin rəhbərlik etdiyi koalisiya artilleriya atəşi ilə cavab verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti