...

Nigerdə yaraqlıların kəndlərə hücumu zamanı 15 dinc sakin öldürülüb

Dünya xəbərləri Materials 15 Avqust 2024 08:23 (UTC +04:00)

Bakı. Trend:

Nigerin Burkina-Faso sərhədi yaxınlığındakı Mehana bölgəsindəki kəndlərə yaraqlıların hücumu nəticəsində azı 15 mülki şəxs həlak olub, bir neçə nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

Cavab tədbirləri zamanı hökumət ordusunun bölmələri iki terrorçunu zərərsizləşdirib.

Mehana bölgəsi Niger hərbçilərinin Niya əməliyyatı çərçivəsində mütəmadi olaraq silahlılarla toqquşduğu ərazidə yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti