Bakı. Trend:
Fələstin prezidenti Mahmud Abbas Qəzza zolağına səfər etmək niyyətindədir.
Trend türk KİV-lərinə istinadən xəbər verir ki, o, bu barədə Türkiyə parlamentinin növbədənkənar iclasında bildirib.
"Başqa seçimimiz yoxdur, ona görə də mən və Fələstin Milli Administrasiyasının digər üzvləri Qəzzaya və ondan sonra Qüdsə səfər etmək niyyətindəyik", - deyə o, bildirib.
Abbas həmçinin, dünya liderlərini və BMT baş katibini Qəzzaya səfər etməyə və Fələstin rəhbərliyinin oraya girişini təmin etməyə çağırıb.