Bakı. Trend:
Məşhur amerikalı jurnalist və teleaparıcı Fil Donahu 88 yaşında vəfat edib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, teleaparıcı ötən gün axşam ailəsinin əhatəsində vəfat edib.
Qeyd edək ki, Phil Donahu “CBS”, “CNBC” və “MSNBC” televiziya kanalları ilə əməkdaşlıq edib. 1980-ci illərin sonunda o, SSRİ və ABŞ arasında telekörpülərə aparıcılıq edib.