...

Nigeriyada meymunçiçəyin yayılması son dərəcə təhlükəli səviyyəsindədir

Dünya xəbərləri Materials 20 Avqust 2024 00:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nigeriya hakimiyyəti ölkədə "mpox" (“empoks”, meymunçiçəyin yeni adı) xəstəliyinin yayılması səviyyəsinin son dərəcəli olduğunu açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə "Africa24" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, Nigeriya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin rəhbəri Jide İdris bildirib ki, ölkədə 36 ştatdan 33-də 39 təsdiqlənmiş mpox xəstəliyinə yoluxma halı qeydə alınıb. Ölüm halı hələki qeydə alınmayıb.

Hakimiyyət epidemioloji vəziyyətə nəzarəti gücləndirir və virusun yayılmasının qarşısını almaq üçün yoluxmuş şəxslərlə təmasda olanları müəyyənləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti