...

ÜST meymunçiçəyi ilə mübarizə üçün təxminən 135 milyon dollar istəyib

Dünya xəbərləri Materials 24 Avqust 2024 01:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ÜST yaxın altı ay ərzində insanlar arasında meymunçiçəyi xəstəliyinin yayılması ilə mübarizə üçün təxminən 135 milyon dollar ayırmalıdır.

Trend-in məlumatına görə, bu barədə təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

"Meymunçiçəyi epidemiyasını mümkün qədər tez dayandırmaq üçün, ilkin hesablamalarımıza görə, növbəti altı ay ərzində xəstəliyin kəskin dövründə təxminən 135 milyon dollar tələb olunacaq", - deyə o bildirib.

Qebreyesus qeyd edib ki, meymunçiçəyi epidemiyası ilə mübarizə beynəlxalq ictimaiyyətin hərtərəfli və əlaqələndirilmiş səyini tələb edir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti