Bakı. Trend:
Seneqal sahillərində göyərtəsində 200 miqrantın olduğu qayıq batıb.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, gəmi sahildən 4 km aralıda çevrilib. Göyərtədə olan miqrantların əksəriyyəti Seneqalın sahil şəhəri Mburun sakinləri olub. Onların İspaniyaya aid Kanar adalarına yola düşdükləri bildirilib.
Hazırda itkin düşənlərin axtarışı aparılır, onların dəqiq sayı bilinmir. İndiyə qədər dörd nəfərin ölümü rəsmi olaraq təsdiqlənib.
Gəminin batmasının səbəbləri məlum deyil.Qeyd edək ki, 2024-cü ilin ilk yeddi ayında Qərbi Afrikadan Kanar adalarına 22 mindən çox qeyri-qanuni miqrant gəlib. Bu, 2023-cü ilin eyni dövründə 9,8 min nəfərdən çoxdur. Miqrantların yerləşdirilməsi üçün yer çatışmazlığı səbəbindən, Afrikadan Kanar adalarına çatmış miqrantları İspaniyanın materik hissəsinə köçürmək məcburiyyətində qalırlar.