Bakı. Trend:
Almaniyanın bütün quru sərhədlərində müvəqqəti nəzarət tətbiq olunacaq.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Nensi Fazer bildirib.
Məlumata görə, nəzarətin əsas məqsədi qeyri-qanuni miqrasiya ilə mübarizə aparmaq və daxili təhlükəsizliyi transsərhəd cinayətkarlıq və İslam ekstremizmi təhlükələrindən qorumaqdır.