Bakı. Trend:
Neytral statusa malik İsveçrə və NATO üzvü olan İtaliya 9-20 sentyabr tarixlərində ilk dəfə birgə hərbi hava qüvvələri təlimləri keçirəcək.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsveçrə hökuməti məlumat yayıb.
Məlumata görə, İsveçrə ordusu İtaliyaya ümumilikdə 50 hərbi qulluqçu göndərəcək.
Qeyd edilir ki, təlimlər 2004-cü ildə İsveçrə və İtaliya arasında hərbi təlim sahəsində əməkdaşlıq çərçivəsində birgə fəaliyyət haqqında imzalanmış saziş əsasında keçirilir.