Bakı. Trend:
İsrailin Qəzza şəhəri və Fələstin anklavının şimal hissələrinə endirdiyi aviazərbələr nəticəsində azı 15 nəfər həlak olub.
Trend xəbər verir ki, bu barədə Fələstin mətbuatı məlumat yayıb.
İsrailin Qəzzanın şimalını bombalaması nəticəsində azı 15 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Ölənlər arasında ən azı üç uşaq və bir qadın var.
Nəşr həmçinin Fələstin anklavının şimalında yerləşən Cəbəliyyə və Tubas şəhərlərinə də hava zərbələri endirdiyini bildirir. Tubasda yerləşən Əl-Fərəh düşərgəsində bir nəfərin, Cəbəliyə düşərgəsində isə iki nəfərin öldürüldüyü qeyd edilir.
Bundan əvvəl Qəzza Səhiyyə Nazirliyi bildirmişdi ki, son 24 saat ərzində Fələstin anklavında İsrail ordusunun hücumları nəticəsində 64 nəfər həlak olub, 104 nəfər yaralanıb.