Bakı. Trend:
Gürcüstan-Rusiya sərhədindəki buraxılış məntəqəsi bağlanacaq.
Trend xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Gürcüstanın Rusiya Federasiyası ilə sərhədindəki buraxılış məntəqəsi sentyabrın 18-dən oktyabrın 2-dək, Moskva vaxtı ilə saat 05:00-dan 08:00-a qədər yol təmiri işləri ilə əlaqədar olaraq bağlanacaq.