Bakı. Trend:
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinə altı qarşılaşma ilə start veriləcək.
Trend xəbər verir ki, ilk oyunlar çərçivəsində "Yuventus" PSV ilə, "Yanq Boyz" isə "Aston Villa" ilə saat 20:45-də üz-üzə gələcək.
Daha sonra saat 23:00-da "Milan" "Liverpul"a qarşı mübarizə aparacaq, "Bavariya" "Dinamo Zaqreb"i qəbul edəcək, "Real Madrid" "Ştutqard" ilə qarşılaşacaq, "Sportinq" isə "Lill" ilə oyuna çıxacaq.
Futbolsevərləri həyəcanlı qarşılaşmalar gözləyir, bu oyunlarla Çempionlar Liqası yeni mövsümə rəsmi olaraq start verir.