...

ÜST “mpox” virusuna qarşı ilk vaksini təsdiqləyib

Dünya xəbərləri Materials 17 Sentyabr 2024 10:57 (UTC +04:00)
ÜST “mpox” virusuna qarşı ilk vaksini təsdiqləyib
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Mpox (meymun çiçəyi) virusuna qarşı ilk vaksini təsdiqləyib. MVA-BN adlı vaksin Danimarkanın Bavarian Nordic A/S biotexnologiya şirkəti tərəfindən hazırlanıb və ÜST tərəfindən ilkin təsdiq siyahısına daxil edilib.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus qeyd edib ki, bu həm Afrikadakı mövcud epidemiyalarla, həm də gələcəkdə xəstəliklə mübarizədə mühüm addımdır. O, vaksinin 18 yaşdan yuxarı insanlara 4 həftə ara ilə 2 dozada tətbiq oluna biləcəyini vurğulayıb.

İlk simptomlar virusa yoluxduqdan sonra 21 gün ərzində görünə bilər. Virus yüksək hərarət, başağrısı, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, üşütmə və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur.

ÜST 2022-ci ildə irqçilik və ayrı-seçkiliklə bağlı narahatlıqlar səbəbindən “meymunçiçəyi” adını “mpox” olaraq dəyişdirdi. “Mpox” virusu avqustun 14-də ÜST tərəfindən “ictimai sağlamlıq üçün beynəlxalq narahatlıq doğuran fövqəladə vəziyyət” elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti