Bakı. Trend:
İran prezidenti Məsud Pezeşkian sentyabrın 22-də BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək məqsədilə Nyu-Yorka gedəcək.
Trend xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
İran prezidentinin həmin gündə assambleyada çıxışı olacaq.
ABŞ-də yaşayan iranlılarla, media rəhbərləri ilə, bəzi Avropa, Asiya və islam ölkələri liderləri ilə görüş İran prezidentinin Nyu-York proqramına daxil edilib.
Qeyd edək ki, hər il Nyu-Yorkda təşkil olunan BMT Baş Assambleyasının sessiyasında İran prezident səviyyəsində iştirak edir.