Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələri sentyabrın 19-da axşam saatlarında Livanın cənubuna bir sıra irimiqyaslı zərbələr endirib.
Trend İsrail ordusunun mətbuat xidmətinə istinadən xəbər verir ki, zərbələr iki saat ərzində Hizbullah hərəkatının 100-ə yaxın atıcı qurğusu və digər infrastruktur obyektlərinə endirilib.
Hərbi Hava Qüvvələrinin qırıcıları bu zərbələri Hərbi Kəşfiyyat İdarəsi və İsrail Müdafiə Qüvvələrinin Şimal Komandanlığı ilə əlaqələndirərək həyata keçirib. Hücumların hədəflərinin yerləşdiyi Livanın cənubundakı ərazilər dəqiqləşdirilmir.
Bəyanatda deyilir: “İsrail Müdafiə Qüvvələri, “Hizbullah” terror təşkilatının terror imkanlarına və hərbi infrastrukturuna zərər vurmağa və zəiflətməyə davam edir”.