...

Hindistanda meymunçiçəyinə ilk yoluxma halı aşkarlanıb

Dünya xəbərləri Materials 23 Sentyabr 2024 20:45 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanda Afrikada yayılmış meymunçiçəyinə ilk yoluxma halı qeydə alınıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Clade 1b” ştammı Cənubi Kerala ştatının Malappuram dairəsindən olan və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) qayıdan 38 yaşlı kişidə aşkarlanıb. Xəstə hazırda stabil vəziyyətdədir və nəzarət altındadır.

"Bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) keçən ay fövqəladə vəziyyət elan etməsinə səbəb olan ştamma ilk yoluxma hadisəsidir", - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti