Bakı. Trend:
ABŞ Müdafiə Nazirliyi "Boeing" şirkətinə Ukrayna da daxil olmaqla kiçik çaplı bombaların istehsalı üçün 6,9 milyard dollar ayırıb.
Trend-in məlumatına görə, bu barədə Pentaqonun mətbuat xidməti bildirib.
Sənəddə bildirilib ki, vəsait Bolqarıstan, Ukrayna və Yaponiya üçün kiçik çaplı bombaların istehsalına ayrılıb. Müqavilə üzrə işlərin 2035-ci il dekabrın 31-dək başa çatdırılması planlaşdırılır.