Bakı. Trend:
İsrailin son 24 saat ərzində Livana endirdiyi hava zərbələri nəticəsində azı 46 nəfər həlak olub, 85 nəfər yaralanıb.
Trend-in verdiyi məlumata görə, bu barədə Livanın Səhiyyə Nazirliyi açıqlama yayıb. Məlumatda qeyd edilir ki, hücumlar əsasən Nəbataba əyalətinin cənub bölgələrinə, Bekaa, Baalbek-Hermel və Livan silsiləsinə yönəlib.
Nazirliyin məlumatına görə, İsrailin son iki həftə ərzində həyata keçirdiyi hücumlar nəticəsində ümumilikdə 1030 nəfər həyatını itirib, 6300-dən çox insan isə yaralanıb.