Bakı. Trend:
"Gürcü Arzusu" partiyası Gürcüstanın Prezidenti Salome Zurabişviliyə qarşı impiçment prosedurunu yenidən başladacaq.
Trend Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə brifinq zamanı parlamentin spikeri Şalva Papuaşvili məlumat verib.
Onun sözlərinə görə, S.Zurabişvili hökumətin təsdiqi olmadan xarici səfərlərə davam edib, halbuki məhkəmə bu hərəkətləri konstitusiyaya zidd hesab edib.