Bakı. Trend:
İsrail ordusu Livanda "Hizbullah" təşkilatının daha əvvəl öldürülən baş katibi Həsən Nəsrullahın iki xələfini artıq məhv edib.
Trend-in məlumatına görə, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Livan xalqına müraciətində deyib.
"Biz "Hizbullah"ın imkanlarını zəiflətdik, minlərlə terrorçunu, o cümlədən Nəsrullahın özü, onun xələfi və xələfinin xəlifini də öldürdük", - deyə o bildirib.