...

Husilər ABŞ-yə məxsus neft tankerini vurub

Dünya xəbərləri Materials 11 Oktyabr 2024 04:05 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yəmənin husiləri, yəni “Ənsar Allah” hərəkatının döyüşçüləri Qırmızı dənizdə ABŞ-ın “Olympic Spirit” neft tankerinə hücum ediblər.

Trend-in verdiyi məlumata görə, bu barədə hərəkatın nümayəndəsi Yəhya Sariya “Telegram” kanalında məlumat yayıb.

Sariya bildirib ki, Yəmən Silahlı Qüvvələri iki hərbi əməliyyat keçirib, bunlardan biri ABŞ-ın “Olympic Spirit” neft gəmisinə qarşı olub.

O, əlavə edib ki, gəmi 11 ballistik raket və iki pilotsuz təyyarə ilə hücuma məruz qalıb. Hərəkatın nümayəndəsinin sözlərinə görə, tanker birbaşa zərbə alıb.

Sariya hücumu Fələstin və Livan müqavimətinə dəstək, eləcə də Yəmənə qarşı ABŞ-Britaniya təcavüzünə cavab olaraq izah edib.

Xəbər lenti

Xəbər lenti