...

İsrail “Hizbullah” üçün silah daşıyan İran təyyarəsini geri qaytarıb

Dünya xəbərləri Materials 2 Dekabr 2024 01:37 (UTC +04:00)
İsrail “Hizbullah” üçün silah daşıyan İran təyyarəsini geri qaytarıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları, Suriya səmasında İran təyyarəsini kursunu dəyişməyə məcbur ediblər.

Trend-in məlumatına görə, hadisə 1 dekabr gecəsi baş verib və bu barədə "The Times of Israel" nəşri məlumat yayıb. İsrail tərəfi, İran təyyarəsinin göyərtəsində Livanın "Hizbullah" təşkilatının birləşmələri üçün nəzərdə tutulmuş silahlar daşıdığına şübhələnib.

Bununla əlaqədar olaraq, İsrail qırıcıları təyyarəyə yaxınlaşaraq ona geri dönməyi əmr ediblər. Nəşr qeyd edir ki, təyyarənin heyəti tez bir zamanda bu göstərişə əməl edib. Qeyd edək ki, bu cür hadisələr son aylarda həm Suriya səmasında, həm də qonşu İraqın hava məkanında təkrarlanıb.

Xəbər lenti

Xəbər lenti