Bakı. Trend:
Bu gün saat 08:38-də Ermənistan ərazisində 3,4 bal gücündə zəlzələ qeydə alıb. Zəlzələnin gücü episentrdə 4-5 bal təşkil edib.
Trend xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bildirilib ki, zəlzələnin episentri Lori vilayətinin Stepanavan şəhərindən 11 kilometr cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
“Zəlzələ Stepanavan və Taşir şəhərlərində, eləcə də respublikanın Lori vilayətinə aid Metsavan, Katnarat və Privojnoye kəndlərində hiss olunub”, - məlumatda qeyd olunub.