Bakı. Trend:
Suriya hökumət qüvvələrinə qarşı çıxan silahlı dəstələr Dəməşqin ətraflarına yaxınlaşıb.
Trend xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı yerli mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Suriya ordusunun bəzi bölmələri paytaxtın müəyyən ətraf ərazilərindən geri çəkilib. Xüsusilə, 2018-ci ildə genişmiqyaslı əməliyyat nəticəsində hökumət qüvvələrinin nəzarəti altına keçən Şərqi Quta bölgəsinin artıq Suriya ordusu tərəfindən tərk edildiyi bildirilib.