Bakı. Trend:
ABŞ Dövlət katibi Entoni Blinken dekabrın 13-də Türkiyəyə səfər edəcək.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, səfərin təfərrüatı hələlik paylaşılmayıb.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ Dövlət katibi Entoni Blinken 7 və 10 dekabr tarixlərində Suriyadakı son hadisələrlə bağlı telefon danışığı aparıblar.