Bakı.Trend:
2024-cü ildə yolların yüklənmə səviyyəsinə görə dünya lideri 52 faiz göstərici ilə Meksikanın paytaxtı Mexiko şəhəri olub. Bu o deməkdir ki, Mexiko yollarında avtomobillə təyinat nöqtəsinə hərəkət edən zaman insan norma ilə müqayisədə 52% daha çox vaxt itirir.
Trend xəbər verir ki, siyahını Niderlandın naviqasiya sistemləri istehsal edən “TomTom” şirkəti dərc edib.
Avropanın ən yüklənmiş şəhərləri isə 48 faiz göstərici ilə Buxarest (Rumıniya), Plovdiv (Bolqarıstan), Lodz (Polşa) olub. ABŞ-nin isə ən yüklənmiş şəhərləri Los-Anceles (43 faiz), Honolulu (34 faiz) və Mayamidir (33 faiz)
Bundan başqa, 2024-cü ildə orta hesabla tıxacda ən çox vaxtı Limadan (Peru) və Dublindən (İrlandiya) olan sürücülər keçirməli olub (155 saat). Nyu-Yorkdan olan sürücülər isə tıxaclarda 98 saat vaxt sərf edib. Bu ABŞ-nin ən yüksək göstərici hesab olunur.
Qeyd edək ki, “TomTom” dünyanın 62 ölkəsindən 500 şəhərin nəqliyyat məlumatlarını təhlil edir. Şirkətin analitikləri qeyd edirlər ki, 2023-cü illə müqayisədə şəhərlərin 76 faizində nəqliyyatın orta hərəkət sürəti 2024-cü ilə müqayisədə ləngiyib.