...

ABŞ-nin şimal-şərqində sirli dronlar yenidən müşahidə edildi

Dünya xəbərləri Materials 27 Yanvar 2025 21:59 (UTC +04:00)
ABŞ-nin şimal-şərqində sirli dronlar yenidən müşahidə edildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Federal Aviasiya Administrasiyasının (FAA) uçuş məhdudiyyətlərini qismən ləğv etməsindən sonra ABŞ-ın şimal-şərqində naməlum pilotsuz təyyarələrin yeni görüntüləri qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə NBC News telekanalı məlumat yayıb.

2024-cü ilin noyabr və dekabr aylarında Nyu-York, Nyu-Cersi və qonşu ştatlarda kütləvi dron müşahidələri hava limanlarının müvəqqəti bağlanması, bəzi şəxslərin həbsi və hava məkanına nəzarətin gücləndirilməsi çağırışlarına səbəb olmuşdu.

FAA dekabr ayında dron uçuşlarına müvəqqəti məhdudiyyət tətbiq etsə də, yanvarın 19-dan məhdudiyyətlərin qismən qaldırılması ilə dronlarla bağlı insidentlər yenidən artmağa başlayıb. Xüsusilə Konnektikut, Nyu-Cersi və Delaver kimi ştatlarda dronların müşahidəsi ilə bağlı hesabatların sayı xeyli çoxalıb.

Enigma Labs tədqiqat firmasının məlumatına görə, noyabr ayından etibarən ölkə üzrə 650 pilotsuz təyyarə insidenti qeydə alınıb ki, onların böyük əksəriyyəti ABŞ-nin şimal-şərq bölgəsində baş verib.

Xəbər lenti

Xəbər lenti